“Bavariya”nın və Almaniya millisinin yarımmüdafiəçisi Toni Kroos karyerasını “Real Madrid”də davam etdirəcəyini bəyan edib. Apasport.az saytının məlumatına görə, futbolçu bu barədə dünya çempionatının finalında Argentina millisi üzərində 1:0 hesablı qələbədən sonra bildirib.
Kroos dünya çempionatının onun üçün ən yaxşı nəticə ilə bitdiyini açıqlayıb: “Mən dünya çempionu oldum. İndi də “Real”ın tərkibində oynayacağam. Yəni, mənim iki arzum reallığa çevrildi”. Qeyd edək ki, “Real”ın Kroosu bu həftə təqdim edəcəyi gözlənilir.
Kroos dünya çempionatında 1 qol vurub və 3 məhsuldar ötürmə edib. Yarımmüdafiəçi 2007-ci ildən “Bavariya”da oynayır.