Toni Kroos Mançester klublarının hədəfində
14.05.2016 - 17:25
Toni Kroos Mançester klublarının hədəfində

“Real”ın almaniyalı futbolçusu Toni Kroos karyerasını İngiltərədə davam etdirə bilər. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi ilə Premyer Liqanın 2 klubu yaxından maraqlanır.

 

Bunlar “Mançester Yunayted” və “Mançester Siti” komandalarıdı. Mançesterin hər iki təmsilçisi Kroosu mövsümlərarası fasilədəcə heyətinə qatmaq arzusundadı. Bu rəqabətdən kimin qalib ayrılacağı maraqla gözlənilir.

 

Qeyd edək ki, Almaniya yığmasının da üzvü olan Kroos 2014-cü ildən “Real”ın formasını geyinir. O, “kral klubu”nun heyətində ümumilikdə 97 oyunda 3 qola imza atıb. 

0