Topaz Premyer Liqasında mövsümün təxminən 1/6 hissəsi arxada qalıb. Apasport.az saytının məlumatına görə, keçirilməli olan 36 turdan baş tutan 6-da 61 qol vurulub.
Təxirə salınan oyunlar və texniki nəticənin qeydə alındığı görüşü saymasaq, 26 matç keçirilib. Bu oyunlarda vurulan 61 qoldan ikisi avtoqoldu.
Digər 59 qola isə 15 ölkə təmsilçisi imza atıb. Azərbaycan futbolunun yetirmələri daha çox – 22 dəfə fərqlənib. Bu isə bütün qolların 37 faizidi. Milliləşən oyunçuların qolları isə bu toplar sırasına daxil edilməyib.
Yerlilərdən daha çox – 37 qola imza atan legionerlər arasında isə braziliyalılar öndədi. “Sambaçılar” 8 dəfə fərqlənməyi bacarıb. Gürcüstan və Rusiya təmsilçiləri hərəyə 6, İspaniya futbolçusu isə 4 qolun sevincini yaşayıb.
Almaniya, Bolqarıstan, Syerra-Leonedən olanların hərəsinin 2 topu var. Makedoniya, Hollandiya, Seneqal, Serbiya, Sloveniya, Ukrayna və Konqo da təmsilçisi qol vuran ölkələr siyahısına düşüb. Bunun üçün onların hərəsinə 1 top kifayət edib.