Topaz Premyer Liqası: Son təyinatlar açıqlandı
27.05.2015 - 12:06
Topaz Premyer Liqası: Son təyinatlar açıqlandı

Topaz Premyer Liqasının XXXVI turunun oyunlarını idarə edəcək hakimlər açıqlanıb. Apasport.az saytının məlumatına görə, mövsümün son oyun günündə üç FİFA referisindən ikisi meydana çıxacaq.

 

Belə ki, bu turda Əliyar Ağayev baş, Rəhim Həsənov dördüncü hakim kimi təyinat alıb. Hakimlər Komitəsi yalnız bir oyunda 6 ədalət təmsilçisinin olmasına ehtiyac duyub. Belə ki, “Sumqayıt” – “İnter” görüşündə əlavə köməkçi hakimləri də olacaq.

 

Mövsümün “Xəzər Lənkəran”la “Simurq” arasındakı son oyununda isə Ömər Paşayev fit çalacaq.

 

XXXVI tur

28 may (cümə axşamı)

 

19:00. “Sumqayıt” – “İnter”
Hakimlər: Rəvan Həmzəzadə, Azər Əsgərov, Namiq Hüseynov, Elman Musayev
Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, İnqilab Məmmədov
“Kapital Bank Arena”

 

20:00. “Neftçi” – AZAL
Hakimlər: Elvin Əsgərov, Coşqun Həsənov, Rahil Ramazanov, Nail Nağıyev
“Bakcell Arena”

 

20:00. “Qəbələ” – “Bakı”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Munis Abdullayev, Ramil Əhmədov
Qəbələ şəhər stadionu

 

21:00. “Xəzər Lənkəran”– “Simurq” 
Hakimlər: Ömər Paşayev, Vaqif Musayev, Cavanşir Yusifov, Mahir Məmmədov
“Xəzər Lənkəran” mərkəzi stadionu