Topaz Premyer Liqasının püşkatmasının vaxtı açıqlandı
16.07.2014 - 13:22
Topaz Premyer Liqasının püşkatmasının vaxtı açıqlandı

Topaz Premyer Liqasında 2014/2015-ci il mövsümünün püşkatma mərasiminin keçiriləcəyi vaxt açıqlanıb. Apasport.az saytının məlumatına görə, tədbir iyulun 18-də keçiriləcək.

 

İçəri Şəhərdə yerləşən “Şah Palace” mehmanxanasında baş tutacaq püşkatma saat 15:00-da başlayacaq. Bütün KİV nümayəndələri tədbirə dəvətlidir.

 

 

Mənbə: pfl.az