Topaz Premyer Liqasında XXXV turun oyun cədvəli açıqlanıb. Apasport.az saytının məlumatına görə, çempionatın sonuncudan əvvəlki turunun bütün oyunları eyni saatda başlayacaq.
Belə ki, mayın 12-də baş tutacaq turun görüşlərinin saat 18:00-da başlanılmasına qərar verilib. Bu da gümüş və bürünc uğrunda mübarizə aparanların bir-birinin oyunlarının nəticələrini bilməməsinə xidmət edir.
XXXV tur
12 may (bazar ertəsi)
18:00. “Simurq” – “Xəzər Lənkəran”
Zaqatala şəhər stadionu
18:00. “Neftçi” – “Rəvan”
İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu
18:00. “Bakı” – AZAL
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu
18:00. “İnter” – “Qəbələ”
“Şəfa” stadionu
18:00. “Sumqayıt” – “Qarabağ”
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, süni örtüklü meydança
Mənbə: pfl.az