Toqo milli komandasının baş məşqçisi Tom Saintfit bir daha Emanuel Adebayora dəvət göndərməyəcəyini bildirib. Apasport.az saytının məlumatına görə, buna səbəb futbolçunun Cibuti ilə oyuna dəvət olunması, ancaq həmin oyunda meydana çıxmaması olub.
Saintfit fikrini bu cür əsaslandrıb:
“Əgər siz xoşunuza gələn bir xanıma birlikdə olmağı təklif edirsinizsə, o isə bunu qəbul etmirsə, deməli artıq başqa xanım axtaracaqsınız. Mənə artıq aydındı ki, Adebayor öz ölkəsinin şərəfini qorumaq və Afrika Millətlər Kubokunda çıxış eləmək istəmir. O, Liberiya ilə oyunda iştirak eləməyi qəbul etdi, ancaq Cibuti ilə oyuna gəlmədi. Oyunçu hansı komanda ilə oynayacağını özü seçə bilməz”.
Qeyd edək ki, Emanuel Adebayor müqavilə ilə “Tottenhem”ə məxsus olsa da, bu mövsüm London klubunun nə Premyer Liqada, nə də Avroliqadakı iştirak ərizəsinə daxil edilməyib.
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu
- Roberto Karlos Ronaldoya “10 il” verdi – “Nə vaxt istəsə, onda da gedəcək”
- Türkiyə - Fransa matçı bu kanalda - TV AFİŞA