Turində XIX yer
22.04.2014 - 08:06
Turində XIX yer

“Qəbələ”nin 15 yaşadək futbolçulardan ibarət komandası İtaliyanın Turin şəhərində keçirilən Stefano Qusella xatirə turnirində çıxışını başa vurub. Apasport.az saytının məlumatına görə, təmsilçimiz yarışın son günündə XIX yer uğrunda matçda Novaranın “Sparta” klubu ilə görüşüb.

 

Görüş təmsilçimizin 3:0 hesablı qələbəsi ilə nəticələnib. Belədə “Qəbələ” turniri XIX yerdə bitirib. 48 komandanın qatıldığı yarışın qalibi isə “Torino”nu penaltilər seriyasında məğlub edən “Roma” olub.

 

Qeyd edək ki, “Qəbələ” bundan öncə qrupda “Valle d'Aosta” (1:1), “Arentsano” (8:0), “Torino” (1:3), sonrakı mərhələlərdə isə “Qrasshopper” (1:0), “Milan” (0:5) və “Latsio” (0:2) ilə qarşılaşıb.