Türk futbolunun əfsanəsi “Qəbələ” və “Qarabağ”ı təbrik etdi - FOTO
29.08.2015 - 18:03
Türkiyəli keçmiş futbolçu, hazırda siyasətlə məşğul olan millət vəkili Hakan Şükür Azərbaycan klublarını Avroliqada göstərdikləri uğurlu oyunlara görə təbrik edib. Apasport.az saytının məlumatına görə, “Qalatasaray”ın və Türkiyə milli komandasının canlı əfsanəsi “facebook” hesabında status yazaraq, ilk dəfə Azərbaycandan iki klubun Avroliqanın qrup mərhələsində mübarizə aparacağını qeyd edib.
Keçmiş hücumçu həm “Qarabağ”a, həm də “Qəbələ”yə qrup mərhələsində uğurlar arzulayıb.
0
0