“Bayer”in və Türkiyə yığmasının futbolçusu Hakan Çalhanoğlu karyerasını İtaliyada davam etdirə bilər. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, onunla “Milan” yaxından maraqlanır.
“Rossonyerlər” Çalhanoğlunu heyətlərinə qatmaqda israrlıdılar. Ancaq almanlar 2019-cu ilə qədər müqaviləsi olan futbolçunu ən azı 25 milyon avro qarşılığında satmağa hazırdı. Bu məbləği ödəməyə razı olacağı halda, “Milan” gənc yarımmüdafiəçinin keçidini həll edə bilər.
Qeyd edək ki, 2014-cü ildən “Bayer”in formasını geyinən Hakan 2013-cü ildən Türkiyə yığmasının da şərəfini qoruyur. O, “ay-ulduzlular”ın heyətində 11 oyunda 3 qola imza atıb.
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"