Türkiyəli futbolçu rəsmən İngiltərə klubunda
19.08.2015 - 16:40
“Napoli”nin yarımmüdafiəçisi Gökhan İnlər karyerasını İngiltərədə davam etdirəcək. Apasport.az-ın “Lester”in rəsmi saytına istinadən məlumatına görə, 31 yaşlı futbolçu bu klubla anlaşıb.
Türkiyə əsilli oyunçu Premyer Liqa təmsilçisi ilə 3 illik müqaviləyə qol çəkib. Bu transferin “Lester”ə 9 milyon avroya başa gəldiyi bildirilir.
Qeyd edək ki. Gökhan İnlərlə “Beşiktaş” da yaxından maraqlanırdı.
0
0