[b]Testin cavabı müsbət çıxdı, millimiz dünya üçüncüsü oldu[/b]
25.10.2014 - 00:45
[b]Testin cavabı müsbət çıxdı, millimiz dünya üçüncüsü oldu[/b]

Özbəkistanın paytaxtı Daşkənddə təşkil edilən dünya çempionatında 97 kq çəki dərəcəsində bürünc medal qazanan Türkiyənin sərbəst güləş üzrə milli komandasının üzvü Şamil Ərdoğanın dopinq-testinin B nümunəsi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, 25 yaşlı idmançının sidik analizi nəticəsində qadağan olunmuş “stanozolol anabolik steroidi” aşkarlanıb.

 

Belə ki, oktyabrın 16-da A testi müsbət nəticə verdiyi üçün Türkiyə Güləş Federasiyasının B testinin açılmasına dair etirazını bildirmişdi. Etiraza baxıdıqda isə B testinin cavabı da müsbət olub.

 

Beləliklə, 97 kq çəki dərəcəsində bürünc medal qazanmış pəhləvan həm mükafatından, həm də ümumi komanda hesabında 3-cü yeri tutan Türkiyə yığmasını bürünc medaldan məhrum edib. Hazırda isə qardaş ölkənin aktivində 8 xal silinərək, 33-ə endirilib. Hesabında 36 xalı olan Azərbaycan millisi 3-cü pilləyə yüksəlib. Türkiyə yığması isə 4-cü yerə yuvarlanıb.

 

Qeyd edək ki, əsl soyadı Şamil Əhmədov olan 25 yaşlı güləşçi dünya çempionatından 20 gün öncə Türkiyə yığmasının heyətinə cəlb edilib. O, qardaş ölkədə milliləşdirildikdən sonra Ərdoğan soyadını alıb.

 

0