Tuyqun Nadirov Alanzinyonun keçidinə münasibət bildirdi
21.03.2014 - 15:37
“Xəzər Lənkəran” braziliyalı futbolçu Alanzinyo ilə maraqlanmır. Bu barədə apasport.az saytına klubun vitse-prezidenti Tuyqun Nadirov məlumat verib. O bildirib ki, təmsil olunduğu komanda “Trabzonspor”un sabiq futbolçusu ilə maraqlanmır: “Türkiyə mətbuatında Alanzinyonun Azərbaycan klublarından birinə keçəcəyi barədə xəbərlə tanışam. Amma biz onunla maraqlanmamışıq”.
0
0