Üç debütant
27.08.2015 - 09:09
Üç debütant

Çempionlar Liqasının qrup mərhələsində 3 komanda debüt edəcək. Apasport.az saytının məlumatına görə, bunlar “Borussiya” (Mönhenqladbax, Almaniya), “Gent” (Belçika) və “Astana” (Qazaxıstan) komandalarıdı.

 

Sonuncular yarışın əsas raunduna pley-offdan yüksəlibsə, digər iki klub birbaşa vəsiqə qazanıb. Bununla da qitənin ən nüfuzlu klub turnirinin iştirakçılarının sayı 135-ə çatıb.

 

Belə ki, 1992-ci ildən indiki formatda təşkil olunan yarışda bunadək 132 komanda çıxış etmişdi. Üç debütantın sayəsində bu rəqəm 135-ə çatıb.