Topaz Premyer Liqasının XXII turu daha iki cütdə eyni komandanın 3-cü dəfə rəqibini məğlub etməsi ilə başa çatıb. Apasport.az saytının məlumatına görə, “Qarabağ” “Simurq”u, “İnter” isə AZAL-ı mövsümdə 3-cü dəfə üstələyib.
Bununla, özünəməxsus “het-trik” rəsmiləşdirən liderlər mövsümlük “abunə”nin astanasındadı.
Minimal hesablı qələbə qazanan Qurban Qurbanovun yetirmələri bütün görüşlərdə rəqibini çətinliklə məğlub edib – 1:0, 3:2, 1:0. Kaxaber Sxadadzenin komandası isə paytaxt derbisində “Bakı”ya “divan tutur” – 12:0 (7:0, 1:0, 4:0).
“Sumqayıt” isə AZAL-la duellərdə sindromu qırmağa nail olub – 0:0. İlk 2 oyunda uduzan (0:1, 2:3) Aqil Məmmədovun yetirmələri üçün bu 1 xal “abunə” olmaqdan qurtulmaq üçün yetərli olub.
III dövrənin əvvəlki görüşlərində 1 belə hal yaşanmışdı. Həmin cütdə “Qarabağ” AZAL-dan 9 xal almışdı – 3:0, 2:1, 1:0.