Bosniya və Herseqovina çempionunun adına aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, XXIX tur “Zrinski” klubunun çempionluğu təmin etməsi ilə nəticələnib.
Öz meydanında “Mlasot”u 2:1 hesabı ilə məğlub edən çempion ən yaxın izləyicisi “Jelezniçar”ın büdrəməsindən yararlanıb. Sonuncular “Sarayevo” ilə matçda 1:1 hesablı heç-heçə ilə kifayətlənib.
Bunun nəticəsində “Jelezniçar” üçün əlçatmaz olan çempion 1 tur qalmış paytaxt təmsilçisindən 5 xal uzaqlaşıb. Liderdən 3 xal geri qalan “Şiroki Briyeq” isə şəxsi oyunlarda “Zrinski”yə uduzur.
Qeyd edək ki, 2004/05 və 2008/09 mövsümlərində də ölkə çempionu olan “Zrinski” Çmepionlar Liqasında mübarizəyə II təsnifat mərhələsindən başlayacaq.