“Mançester Siti” Kiyev “Dinamo”su ilə qarşılaşacağı Çempionlar Liqası səfər matçını neytral meydanda oynamaq üçün UEFA-ya müraciət edib. Apasport.az saytının “sport.ua”ya istinadən məlumatına görə, bu barədə qurumun vitse-prezidenti Qriqori Surkis açıqlama verib.
“Mançester Siti” bizə oyunu azarkeşlərinin izləyə bilməsi üçün deyil, məhz neytral meydanda keçirilməsi üçün müraciət edib. Bu isə mümkünsüzdü. UEFA heç bir halda kiyevlilərə qarşı bu diskriminasiyaya yol verməz”.
Qeyd edək ki, Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində baş tutmuş “Dinamo” – “Çelsi” oyununda baş verən olaylardan sonra UEFA ukraynalılara 2 ev oyununda azarkeşsiz oynamaq cəzası verib.