UEFA-nın Maliyyə Nəzarət Komitəsi 7 klubun feyr-pley meyarlarına uyğun gəlmədikləri səbəbi ilə araşdırmaya başlayıb. Apasport.az saytının məlumatına görə, bu komandalar arasında Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi “İnter”in də adı var.
Belə ki, 7 komandanın 2012-2013 mövsümü üçün göndərdikləri fəaliyyət hesabatlarında zərərin olması lazım olan rəqəmdən çox olduğu göstərilib.
UEFA-nın rəsmi saytında bildirilir ki, oktyabr və noyabr aylarında bu klublardan əlavə hesabatlar istəniləcək. Daha sonra qərar bu hesabatlar istiqamətində ediləcək dəyərləndirmən sonra veriləcək.
Rəqibimiz “İnter”lə yanaşı, Maliyyə Nəzarət Komitəsi qardaş ölkə Türkiyənin “Beşiktaş”, Monako (Fransa), “Roma (İtaliya”, “Krasnodar” (Rusiya), “Liverpul” (İngiltərə) və “Sportinq” (Portuqaliya) klublarını da araşdırır.