UEFA Elçin Məmmədovu Belarusa göndərir
13.08.2015 - 16:31
UEFA daha bir AFFA nümayəndəsinə təyinat verib. Apasport.az-ın qurumun rəsmi saytına istinadən məlumatına görə, AFFA-nın Lisenziyalaşdırma Qrupunun rəhbəri Elçin Məmmədov Çempionlar Liqasına təyinat alıb.
O, pley-off mərhələsi çərçivəsində baş tutacaq BATE (Belarus) - "Partizan" (Serbiya) qarşılaşmasına yollanacaq.
Avqustun 18-də Borisov şəhərindəki “Borisov Arena”da keçiriləcək qarşılaşmada Məmmədov tədbirin direktoru (UEFA Venue Director) vəzifəsini icra edəcək.
0
0