UEFA final oyunlarının yerini açıqladı
19.09.2014 - 08:37
UEFA final oyunlarının yerini açıqladı

2015/16 mövsümündə avrokubokların həlledici oyunlarının tarixi və yeri müəyyənləşib. Apasport.az saytının məlumatına görə, bu barədə qərarları UEFA-nın İcraiyyə Komitəsi verib.

 

2016-cı ildə Çempionlar Liqasının finalına Milan ev sahibliyi edəcək. Mayın 28-də baş tutacaq qarşılaşma “Cüzeppe Meattsa” stadionunda keçiriləcək.

 

Avropa Liqasının finalı isə 10 gün əvvələ planlaşdırılıb. Həmin oyun İsveçrənin Bazel şəhərindəki “Sent Yakob Park” stadionunda baş tutacaq.

 

UEFA Superkuboku isə avqustun 9-da keçiriləcək. Bu oyuna Norveçin Tronheym şəhəri ev sahibliyi edəcək. Qarşılaşma isə “Lerkendal” stadionunda oynanılacaq.