UEFA İtaliya klubunu cərimələdi
25.03.2015 - 15:43
UEFA İtaliyanın “Napoli” klubunu cərimələyib. Apasport.az saytının məlumatına görə, buna Avropa Liqasının 1/16 final mərhələsində “Trabzonspor”la Neapolda keçirilən qarşılaşmada azarkeşlərin pirotexniki vasitələrdən istifadə etməsi səbəb olub.
“Napoli”nin 1:0 hesablı qələbəsi ilə başa çatan həmin matçda baş verənlərə görə klub rəhbərliyi 60 min avro cərimə ödəməli olacaq.
Qeyd edək ki, Avroliqanın ¼ finalına vəsiqə əldə edən “Napoli” yarımfinala çıxmaq üçün “Volfsburq”la mübarizədən qalib ayrılmalıdı.
0
0