UEFA Rusiya və Ukrayna komandalarının qarşılaşmasına qadağa qoydu
18.07.2014 - 11:44
Rusiya və Ukrayna arasında münasibətlər futbola da təsir edib. Apasport.az saytının məlumatına görə, UEFA iki ölkə komandalarının milli və klub səviyyəsində bir-biri ilə qarşılaşmasına əngəl olmağa qərar verib.
Belə ki, bundan sonra qurumun bayrağı altında keçiriləcək yarışların püşkü zamanı iki ölkə təmsilçilərinin görüşlərinə imkan verilməyəcək. Belə qərar UEFA-nın son illərsə atdığı 3-cü belə addımdır.
2009-cu ildə Rusiya və Gürcüstan, 2010-cu ildə isə Azərbaycan və Ermənistan komandalarının qarşılaşmalarına qadağa qoyulmuşdu.
0
0