Ufuk Budak oynadı, komandası uduzdu
29.01.2015 - 01:26
Türkiyə kubokunda V turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, millimizin müdafiəçisi Ufuk Budakın şərəfini qoruduğu "Qaziantep BB" səfərdə “Tuzlaspor”la qarşılaşıb.
Oyun meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb. Bu görüşdə Ufuk meydana fasilədən sonra çıхıb.
Qeyd edək ki, A qrupunda yer alan "Qaziantep BB" hazırda 1 xalla qrup sonuncusudu.
0
0