“Narıncı” darmadağın: Hollandiya üçüncüdür!
13.07.2014 - 01:53
“Narıncı” darmadağın: Hollandiya üçüncüdür!

 

Braziliyada təşkil olunan futbol üzrə XX dünya çempionatında bürünc medalların sahibi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, üçüncü yer uğrunda görüşdə meydan sahibləri Hollandiya ilə qarşılaşıblar.  

Yarımfinalda Almaniyaya 1:7 hesablı məğlubiyyətdən sonra Braziliyanın bu qarşılaşmadan qalib ayrılıb, bürünc medala sahib çıxmaqla günahını qismən yuyacağı gözlənilsə də, hər şey əksinə olub. Qapısında erkən qol görən “samba”çıları “narıncılar” fasiləyədək daha bir dəfə cəzalandırıb.

Əvvəlcə 2-ci dəqiqədə penaltidən van Persi, 15 dəqiqə sonra isə Blindin zərbəsi dəqiq olub.  Braziliyalıların ikinci yarıda buraxılan qolların əvəzini çıxmaq cəhdi isə heç bir fayda verməyib. Əvəzində matçın əsas vaxtına əlavə edilmiş  birinci dəqiqəsində Veynaldum hollandların üçüncü qolunu vurub.

Bununla ardıcıl 2 oyunda 10 qol buraxan Braziliya “bürünc”ü də əldən verib. Hollandiya millisi isə okeanın o tayından vətənə medalla qayıdır.

 

DÇ-2014

III yer uğrunda oyun

13 iyul

Braziliya – Hollandiya - 0:3
Qollar: 
Van Persi, 2 (pen); Blind, 17; Veynaldum, 90+1

Baş hakim: Camel Haymudi (Əlcəzair)

Braziliya. “Naional” stadionu

Braziliya: Sezar, Tiaqo Silva (k), David Luiz, Poulinyo, Oskar, Maksvel, Ramires, Qustavo, Vilian, Jo, Maykon

Hollandiya:  Sillessen, Vlar, De Vrij, Martins İndi, Blind, Van Persi (k), Sneyder, Robben, Kuyt, Klasie, Veynaldum