Ukrayna çempionatı azarkeşsiz keçirilə bilər
08.05.2014 - 02:04
Ukrayna Daxili İşlər Nazirliyi ölkə Futbol Federasiyasına, Premyer Liqaya və Professional Futbol Liqasına müraciət edərək çempionatın qalan oyunlarını azarkeşsiz keçirməyi istəyib. Apasport.az saytının məlumatına görə, ölkədəki vəziyyət nəzərə alınaraq matçların iş vaxtı keçirilməsi də xahiş olunub.
Bundan əlavə, təhlükəsizlik tədbirlərindən çıxış edilərək, hazırda vəziyyət son dərəcə gərgin olan Donetsk, Luqansk, Odessa və Xarkovdakı oyunların başqa regionlara keçirilməsi də müzakirə olunur.
0
0