Ukraynada start heyətlər açıqlandı
17.02.2015 - 23:10
Ukraynada start heyətlər açıqlandı

Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyun çərçivəsində qarşılaşacaq “Şaxtyor” – “Bavariya” görüşünün start heyətləri bəlli olub. Apasport.az saytının məlumatına görə, qitə miqyaslı ən möhtəbər klub turnirinin hazırkı bobmardiri Luis Adriano ilk “11-lik”dən meydana çıxacaq.

 

“Şaxtyor”: Pyatov, Srna, Kuçer, Rakiskiy, Şevçuk, Fred, Duqlas Kosta, Fernando, Aleks Teyşeyra, Tayson, Luis Adriano

 

“Bavariya”: Noyer, Alonso, Riberi, Robben, Rafinya, Boatenq, Bernat, Götse, Müller, Alaba, Şvaynştayqer

 

Qeyd edək ki, bu qarşılaşma Bakı vaxtı ilə saat 23:45-də start verəcək.