Ulduz futbolçu “Roma”dan ayrılır
23.12.2015 - 18:17
“Roma”nın təcrübəli müdafiəçisi Eşli Koul karyerasını ABŞ-da davam etdirə bilər. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, 35 yaşlı futbolçu “Los Anceles Qalaksi”nin maraq dairəsindədi.
“Canavalar”da nadir hallarda şans qazanan İngiltərə millisinin sabiq üzvü bu səbəbdən klubunu dəyişmək qərarına gəlib. Bu mövsüm “Roma”nın heyətində hələ bir dəfə də olsun meydana çıxmayan Eşli Koulun yanvardan sonra MLS liqasında iştirak edən “Los Anceles Qalaksi” ilə anlaşması gözlənilir.
Qeyd edək ki, Eşli Koulun “Roma” ilə müqavilə müddəti cari mövsümün sonuna qədərdi.
- Türkiyə futbolunda mərc skandalı - “Trabzonspor”un prezidenti də siyahıda
- “Roma” Messinin vida matçına iki futbolçusunu buraxmadı
- “Tottenhem” və “Aston Villa” 20 yaşlı argentinalının izində
- “Qalatasaray” milli fasilədə yoxlama matçı keçirəcək
- De Xea “Mançester Siti”yə yenə söz atdı: “Deməli, yenidən danışırıq...”
0
0