Uqo Almeyda Rusiya klubu ilə anlaşdı
29.01.2015 - 00:03
“Beşiktaş”ın sabiq hücumçusu Uqo Almeyda Rusiya “Kuban”ı ilə anlaşıb. Apasport.az saytının məlumatına görə, bu haqda sözügedən klubun baş direktoru Yevgeni Muravyov bildirib.
Belə ki, portuqaliyalı futbolçu Krasnodar təmsilçisi ilə 6 aylıq müqavilə imzalayıb. Almeyda 30 iyun 2015-ci ilə qədər “Kuban”ın şərəfini qoruyacaq.
Qeyd edək ki, 2011-2014 mövsümündə İstanbul nəhəngi “Beşiktaş”da oynayan Almeyda “Kuban”a İatliya “Çezena”sından keçib.
0
0