Uruqvay prezidenti Xose Muxiko dünya çempionatından qovulan Luis Suaresi şəxsən qarşılayıb. Apasport.az saytının məlumatına görə, Muxiko bunun üçün hava limanına gedib.
Dövlət başçısı iyunun 26-da Suaresi qarşılamağa hazırlaşan azarkeşlər qrupuna qoşulub. Amma təyyarə reysinin gecikdiyi elan olunandan sonra Muxiko hava limanını tərk edib. İyunun 27-də isə yenidən hava limanına qayıdan prezident Suareslə görüşərək, onunla qısa müddətli söhbət edib.
Xatırladaq ki, Luis Suares İtaliya ilə oyunda rəqib müdafiəçini çiynindən dişlədiyi üçün FİFA tərəfindən 9 oyunluq diskvalifikasiya edilib, futbola bağlı bütün işlərdən 4 ay müddətinə uzaqlaşdırılıb və 100 min İsveçrə frankı məbləğində cərimə olunub.