Valdesdən etiraf: Qapıçılığa nifrət edirdim
26.04.2014 - 01:06
Valdesdən etiraf: Qapıçılığa nifrət edirdim

Futbol tarixinin ən uğurlu qapıçılarından biri olan “Barselona”nın qapıçısı Viktor Valdes avtobioqrafik kitab buraxıb. Apasport.az saytının məlumatına görə, “Marca” qəzetinin sponsorluğu ilə buraxılan kitabda Valdes uşaqlıqda qapıçılığa nifrət etdiyini etiraf edib.

 

Kareyrası boyunca 6 dəfə İspaniya çempionu, 3 dəfə Çempionlar Liqasının qalibi, dünya çempionu və Avropa çempionu titullarını qazanan Viktor Valdes hələ gənc ikən futbolu buraxmaq istədiyini bildirib: “Uşaqlıqda qapıçılığa nifrət edirdim. Komanda yoldaşlarım qol vuranda hamısı bir yerdə sevinirdilər. Mən isə qol buraxan zaman məni tənqid edirdilər. Xoşbəxt deyildim. 12 il qapıçılığa nifrət etdim. Bir kilometr uzaqlıqdan xoşbəxt olmadığım görünürdü. Heç bir zaman gülmürdüm və futboldan həzz almırdım”.

 

Futbolu atmaq həddinə gəldiyini bildirən təcrübəli qapıçı, onu bu yoldan atası və böyük qardaşının çəkindirdiyini də etiraf edib: “Sonra isə “Barselona”nın qızıl dövrünə imza atan Lionel Messi, Xavi və İnyesta ilə bir yerdə oynadığıma görə futboldan təkrar həzz almağa başladım”.