Van Persi zədələnib
05.07.2014 - 03:52
Hollandiya millisinin kapitanı və lideri Robin van Persinin vəziyyəti məşqçi heyətini ciddi narahat edir. Apasport.az saytının məlumatına görə, hücumçu zədələnib.
Van Persi sağ ombasının zədələnməsi səbəbindən komandanın məşqini yarımçıq tərk edib. Hələlik onun zədəsinin nə dərəcədə ciddi olduğu bilinmir. Onun Kosta-Rika ilə oyuna çıxıb-çıxmayacağı da sual altındadır.
Əgər van Persi oyuna çıxa bilməsə, baş məşqçi Lui van Qal onun əvəzinə Klass-Yan Xuntelaarı buraxacaq. Qeyd edək ki, van Persi bu çempionatda 3 qol vurub.
0
0