Van Qal: “Mançester Yunayted”də kimin qalacağını mən həll edirəm
04.08.2014 - 23:45
Van Qal: “Mançester Yunayted”də kimin qalacağını mən həll edirəm

 

“Mançester Yunayted”in baş məşqçisi Lui van Qal ən yaxın müddətdə komandanı hansı oyunçuların tərk edəcəyi barədə qərar qəbul edəcəyini açıqlayıb. Apasport.az saytının məlumatına görə, bu zaman o, qərarı ancaq özünün qəbul etdiyini bildirib.

 

Van Qal mövsüm öncəsi keçirilən turnedən sonra komandada kimin qalacağını, kiminsə gedəcəyini açıqlayacağını vurğulayıb: “Mən bütün oyunçulara oynamaq şansı verdim. İndi komandanı daha yaxşı tanıyıram. Düzdür, belə düşünmək üçün bu zaman azdır. Amma futbolda qərar qəbul etmək məcburiyyətindəsən. Sən futbolçunun əsas komandaya düşmək şansının o qədər də böyük olmadığını görəndə, ona komandanı tərk etmək şansı verməlisən. Qərarı da bacardıqca tez açıqlamalısan. Çünki avqustun 31-də transfer pəncərəsi bağlanır və gec ola bilər. Futbolçuya özünə yeni komanda tapmaq şansı verilməlidir. Mən turne başa çatandan sonra qərarımı açıqlayacağam. Bunu oyunçulara deyəcəyəm, mətbuata yox”.