Van Qal: Belə bir oyunla Braziliyaya getməyə dəyməz
07.03.2014 - 01:40
Van Qal: Belə bir oyunla Braziliyaya getməyə dəyməz

 

 

Hollandiya yığmasının baş məşqçisi Lui van Qal Parisdə keçirilən yoldaşlıq görüşündə Fransa yığmasına uduzmalarını şərh edib. Apasport.az saytının məlumatına görə, Van Qal oyunçularından çox narazı olduğunu gizlətməyib.

 

Baş məşqçi ilk 25 dəqiqə ərzində daha üstün olduqlarını bildirib: “Amma qol buraxandan sonra oyunun ipini əlimizdən buraxdıq. Fransanın çox yaxşı komandası var. Amma biz uduzmamalıydıq. Biz orta xətdə tez-tez topu itirirdik. İkinci hissədə taktiki intizam sayəsində daha yaxşı oynamağa başladıq, bir neçə məqam yaratdıq. Amma gec idi. Açığını deyim ki, belə bir oyunla Braziliyaya getməyə ehtiyac yoxdur”.

 

Qeyd edək Ki, Hollandiya millisi dünya çempionatında İspaniya, Çili və Avstraliya yığmaları ilə bir qrupda oynayacaq.

 

 

0