Van Qal: İstirahətə ehtiyacım yoxdur
13.07.2014 - 16:47
“Mançester Yunayted”in baş məşqçisi Lui van Qal dərhal işə başlamağa hazır olduğunu bəyan edib. Apasport.az saytının məlumatına görə, o, dünya çempionatından sonra dincəlməyə ehtiyac görmədiyini vurğulayıb.
“Mən dərhal işə başlamağa hazıram. Bu, problem deyil. Mənə dincəlmək üçün vaxt lazım deyil. Belə bir çağırış – “MY”nun baş məşqçisi olmaq çox möhtəşəmdir” - deyə, van Qal bildirib: “Hər gün gənclərlə işləmək mənim üçün ən yaxşı istirahətdir. Mən klubun idarə heyətindən ancaq 2 nəfərlə görüşmüşəm. İndi isə komandanı daha yaxından öyrənməyin vaxtı çatıb. Bu anı gözləyirəm”.
0
0