“Mançester Yunayted”in yeni baş məşqçisi Lui van Qal Aryen Robbeni özü ilə İngiltərəyə aparmaq istəyir. Apasport.az saytının məlumatına görə, hollandiyalı mütəxəssis Robin van Persi – Aryen Robben cütlüyünü yenidən birləşdirmək niyyətindədir.
Hazırda Hollandiya millisi ilə dünya çempionatında çıxışını davam etdirən van Qalın fikrincə, Robbensiz “MY”da heç bir iş görə bilməyəcək. Bundan əlavə, baş məşqçinin “Qalatasaray”ın yarımmüdafiəçisi Uesli Sneyderi də komandaya çağırmaq fikrində olduğu iddia edilir.
Robbenin “Bavariya” ilə 2017-ci ilə qədər müqaviləsi var. Bəzi məlumatlara görə, “Mançester Yunayted” ona görə Münhen klubuna 50 milyon avro ödəməyə hazırdır. Qeyd edək ki, van Persi – Robben cütlüyü dünya çempionatının 2 oyununda 6 qol vurub.