Van Qaldan Xavyer Ernandesə mesaj
20.07.2015 - 12:35
Van Qaldan Xavyer Ernandesə mesaj

“Mançester Yunayted”in baş məşqçisi Lui van Qal komandasının hücum xəttindəki problemlərə görə üzləşdiyi tənqidlərə cavab verib. Apasport.az saytı xəbər verir ki, hollandiyalı çalışdırıcı “transfer pəncərəsi” bağlanana qədər sürpriz reallaşdıracaqlarını istisna etməyib.

 

O bildirib ki, hazırkı imkanlarla da hücumdakı problemi hiss etdirməyə bilərlər: “Bizim Runi kimi oyunçumuz var, hücumda da çıxış edə bilir. Xavyer Ernandes komandamıza qayıdıb. Bundan əlavə, gənc futbolçu Uilsona da sahibik. Yeni hücumçu alacağıqmı? Mümkündü, sürpriz edə bilərik. Xavyer Ernandes iyulun 25-də komandamızın düşərgəsinə qoşulacaq. Van Persi və Falkaonun gedişindən sonra onun əsas heyətdə özünü göstərmək şansı artıb”.

 

Qeyd edək ki, “Mançester Yunayted”in yollarını ayırdığı Radamel Falkao “Çelsi”yə, Robin van Persi isə “Fənərbaxça”ya keçib.