Van Qall: “Mançester Yunayted”ə başçılıq etmək istəyirəm
08.05.2014 - 19:29
Van Qall: “Mançester Yunayted”ə başçılıq etmək istəyirəm

 

Hollandiya millisinin baş məşqçisi Lui Van Qall İngiltərənin “Mançester Yunayted” klubuna başçılıq etmək istədiyini bildirib. Apasport.az saytının məlumatına görə, 62 yaşlı mütəxəssis “MY”da işləməyin onun üçün böyük sınaq olacağını vurğulayıb.

 

Hollandiyalı mütəxəssis bir çox klubdan təklif aldığını bildirib: “Mənimlə çox klub maraqlanır. Mənim seçim imkanlarım var. Amma “Yunayted” dünyanın ən böyük klubudur”. Be zaman o, onunla başqa hansı klubun maraqlandığını deməyib.

 

Hazırda “Mançester Yunayted”ə müvəqqəti olaraq Rayan Qiqqz başçılıq edir. O, bu postda istefaya göndərilən Devid Moyesi əvəz edib. Şotlandiyalı məşqçi komandanın bu mövsüm pis nəticə göstərməsi səbəbindən istefaya göndərilib.

 

Van Qall dünya çempionatından sonra Hollandiya millisini tərk edəcək.