Lui Van Qal “Mançester Yunayted” futbol klubuna başçılıq etməyə razılıq verib. Apasport.az saytının məlumatına görə, hollandiyalı mütəxəssisin təyinatının gələn həftə elan ediləcəyi gözlənilir.
Bu zaman klub rəhbərliyi hazırda “MY”nun baş məşqçisi səlahiyyətlərini həyata keçirən Rayan Qiqqzin Van Qalın məşqçi korpusunda qalması məsələsini də həll edib.
Xatırladaq ki, Rayan Qiqqz Devid Moyesin istefaya göndərilməsindən dərhal sonra baş məşqçi səlahiyyətlərini həyata keçirməyə başlayıb. Dünya çempionatından sonra Hollandiya yığmasını tərk edəcək Lui Van Qal Qiqqzi məşqçi heyətində saxlamaq istəmirdi. Hollandiyalı mütəxəssis özünün formalaşmış məşqçi heyətinin olduğunu bildirərək, əlavə heç kimə ehtiyacının olmadığını qeyd edirdi.
Amma “Mançester Yunayted” rəhbərliyi hollandiyalı məşqçini razı sala bilib. Amma hələlik 40 yaşlı Qiqqzin Van Qalın əsas köməkçisi olacağı, yoxsa onun təyinatının formal xarakter daşıyacağı bilinmir.