Van Qaldan etiraz: Qiqqz məşqçilər sırasında olmayacaq
30.04.2014 - 03:31
Van Qaldan etiraz: Qiqqz məşqçilər sırasında olmayacaq

Hollandiyalı mütəxəssis Lu Van Qala “Mançester Yunayted” arasında danışıqlarda anlaşılmazlıq yaranıb. Apasport.az saytının məlumatına görə, tərəflər komandanın hazırkı müvəqqəti baş məşqçisi Rayan Qiqqzin taleyi ilə bağlı razılığa gələ bilmirlər.

 

Dünya çempionatından sonra Hollandiya millisini tərk edəcək van Qal “MY” rəsmilərinə açıq şəkildə bildirib ki, məşqçi kimi Qiqqzin xidmətinə ehtiyacı yoxdur. O bunu özünün artıq formalaşmış məşqçi heyətinin olması ilə izah edib.

 

Xatırladaq ki, Qiqqz Devid Moyesin istefaya göndərilməsindən sonra müvəqqəti baş məşqçi təyin edilib. “Mançester Yunayted” onun başçılığı altında ilk oyunundaca 4:0 hesablı qələbəyə imza atıb.

 

Lui Van Qal Mançester klubunun baş məşqçisi postuna əsas namizəddir. Amma klub rəhbərliyi mövqeyindən çəkilmək istəmir. Rəhbərlik əmindir ki, komandanın simvoluna çevrilən Qiqqzin istefaya göndərilməsi oyunçular arasında ruh düşkünlüyünə səbəb ola bilər. Məhz buna görə də, “Mançester Yunayted”in van Qallın namizədliyindən imtina edəcəyi istisna olunmur.