Vaqif Cavadova forma şansı verilmədi
16.02.2015 - 00:30
Türkiyə PTT I Liqasında XX turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, millimizin futbolçu Vaqif Cavadovun formasını geyindiyi "Boluspor" növbəti matçına çıxıb.
Təmsilçimizin komandası doğma meydanda "Samsunspor"la üz-üzə gəlib. Oyun qolsuz bərabərliklə başa çatıb. Cavadov matçı sonadək ehtiyat oyunçular skamyasından izləyib.
Qeyd edək ki, "Boluspor" hazırda 27 xalla 9-cu pillədə qərarlaşır.
0
0