"Tottenhem" Arsen Vengerin yubileyini korladı
07.02.2015 - 18:48
“Tottenhem”lə London derbisi “Arsenal”ın baş məşqçisi Arsen Venger üçün əlamətdar olub. Apasport.az saytının məlumatına görə, fransalı mütəxəssis yenicə başa çatan qarşılaşmada yubiley oyununa çıxıb.
Premyer Liqanın XIV turu çərçivəsində baş tutan “Tottenhem” – “Arsenal” görüşü Vengerin “topçular”ın başında 700-cü oyunu olub. Lakin "Tottenhem" futbolçuları baş məşqçinin yubileyini korlayıblar. Belə ki, "Arsenal" önə keçdiyi görüşü 1:2 hesablı məğlubiyyətlə başa vurub.
Qeyd edək ki, Arsen Venger 1996-cı ildən “Arsenal”ın sükanı arxasındadı.
0
0