Vergilərin artırılması ölkə büdcəsinə xeyir gətirdi
25.09.2014 - 23:05
Vergilərin artırılması ölkə büdcəsinə xeyir gətirdi

Futbol üzrə Fransa çempionatında klublara artırılmış vergilər ölkə büdcəsinə xeyir gətirib. Apasport.az saytının məlumatına görə, bu vergilər dövlətin xəzinəsini 40,1 milyon avro dəyərində doldurub.

 

Fransa parlamentindən bildirilir ki, 2013-cü ildə artırılmış vergi klublarından ölkənin büdcəsinə 40,1 milyon avro gəlir gətirib.

 

Qeyd edək ki, Fransada ötən il şirkətlər üçün 75 faizə qədər vergi payının artımı haqqında qanun qəbul edilmişdi. Ümumi məbləğin 20,8 milyon avrosunu PSJ ödəyib. “Marsel, “Lill” və “Lion” isə dövlətdən ödəniş üçün möhlət istəmişdi.