Viktor Valdes havayı veriləcək, ancaq bir şərtlə
29.09.2015 - 18:35
Viktor Valdes havayı veriləcək, ancaq bir şərtlə

“Mançester Yunayted” qapıçı Viktor Valdesi azad agent kimi buraxmağa hazırdı. Apasport.az saytının məlumatına görə, bu barədə klubun rəsmi “tvitter” hesabından xəbər verilib.

 

Bildirilir ki, qış fasiləsinə qədər Valdes özünə klub tapacağı halda klub heç bir transfer məbləği tələb etmədən onunla yolları ayırmağa hazırdı. Ancaq “qırmızı şeytanlar”ın rəhbərliyinin bir şərti var. Belə ki, ispan qapıçı ancaq İngiltərə Premyer Liqasında çıxış etməyən bir kluba getmək istəsə, ona bu imkan yaradılacaq.