“Barselona” futbol klubunun mərhum baş məşqçisi Tito Vilanovo Lionel Messini komandada qalmağa inandıra bilib. Apasport.az saytının məlumatına görə, hadisə Vilanovanın ölümündən 6 gün əvvəl baş verib.
Argentinalı futbolçu komandanın keçmiş qapıçısı Xose Manuel Pinto ilə Vilanovanın ölümündən 6 gün əvvəl onun yanında olub. Messi Vilanovaya komandanı tərk etmək niyyətini açıqlayıb. Amma Vilanova söhbət zamanı onu bu addımı atmamağa və komandada çıxışını davam etdirməyə inandıra bilib.
Məlumata görə, görüşün təşəbbüskarı Vilanova olub. Bundan əvvəl “Barselona”nın prezidenti Xoçe Mariya Bartomeu keçmiş baş məşqçi ilə gözəl münasibətləri olan Messinin ağır psixoloji durumu ilə bağlı Vilanovaya məlumat verərək, ondan kömək istəyib.
Tito Vilanova uzun sürən ağır xəstəlikdən sonra bu ilin aprel ayının 25-də 45 yaşında vəfat edib.