İspaniyanın Valensiya şəhərinin məhkəməsi “Atletiko”nun hazırkı futbolçusu David Vilyanın 2010-cu ildə “Valensiya”dan “Barselona”ya keçməsi ilə bağlı istintaqa başlayıb. Apasport.az saytının məlumatına görə, bu keçid zamanı fırıldaqçılığa yol verildiyi güman edilir.
Məhkəmə “Valensiya”nın keçmiş prezidenti Manuel Loryenteni Vilyanın keçidi zamanı sənədləri saxtalaşdırmaqda və dövlət vəsaitini qeyri-düzgün istifadə etməkdə şübhəli bilir. Loryentedən əlavə şübhəli şəxslər arasında komandanın keçmiş vitse-prezidenti Havyer Qomes, “Bancaja” bankının keçmiş prezidenti Xosu Luis Oliva və klub fondunun keçmiş rəhbəri Tasilo Pilesin adları çəkilir.
Xatırladaq Ki, “Barselona” Vilyanın transferi üçün 40 milyon avro ödəyib.
- “Qarabağ”ın sabiq futbolçusu Şotlandiyada ayın yaxşısı seçildi
- Çağlar Söyüncünün yeni klubu bəlli oldu – “Çorum”la razılaşdı
- “Başakşehir” – “Qalatasaray” matçına avstriyalı VAR hakimi
- “Fənərbaxça”dan müdafiəyə yeni həmlə – Adil Demirbağ üçün rəsmi təklif
- “Roma” Ostervolde "dəftərini bağlamayıb" – Yanvarı gözləyirlər