Vüqar Nadirov “Qəbələ”yə qarşı oynamayacaq
27.03.2014 - 12:36
“Qarabağ” Topaz Premyer Liqasının IV dövrəsinin “Qəbələ” ilə oyununa itki ilə çıxacaq. Apasport.az saytının məlumatına görə, çempionatın lideri XXVIII turda Vüqar Nadirovun xidmətindən yararlana bilməyəcək.
27 yaşlı hücumçu sarı vərəqə limitini doldurduğuna görə oyunu buraxmalı olacaq.
Qeyd edək ki, “Qarabağ” – “Qəbələ” oyunu martın 30-u saat 18:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
0
0