UEFA-nın İntizam komissiyası “Real Madrid”in futbolçusu Xabi Alonsonun 1 oyunluq diskvalifikasiyasını ləğv etməkdən imtina edib. Apasport.az saytının məlumatına görə,
bu barədə Avropa futbol qurumunun rəsmi saytında bildirilir.
Bu qərar Alonsonun UEFA Superkubokunda oynamaq şanslarını heç endirib. Qeyd edək ki, “Real” və “Sevilya” arasında keçiriləcək UEFA Superkuboku uğrunda matç avqustun 12-də baş tutacaq.
Alonso “Atletiko Madrid” və “Real” arasında keçirilən Çempionlar Liqasının final oyunundakı hərəkətinə görə cəzalandırılıb. Oyunu tribunadan izləyən Alonso komandasının son dəqiqələrdə vurduğu bərabərlik qolundan sonra aşağı tullanaraq yoldaşları ilə qol sevincini paylaşıb. UEFA onun bu hərəkətini layiqincə dəyərləndirərək, Alonsonu bir oyunluq diskvalifikasiya edib.