Xabi Alonso yubiley matçına çıxdı
18.02.2015 - 00:33
Xabi Alonso yubiley matçına çıxdı

Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyun çərçivəsində hazırda davam edən “Şaxtyor” – “Bavariya” (0:0) qarşılaşması qonaqların yarımmüdafiəçisi Xabi Alonso üçün əlamətdar olub. Apasport.az saytının məlumatına görə, Ukraynanın Lvov şəhərində baş tutan görüşdə İspaniya millisinin üzvü yubiley matçına çıxıb.

 

Belə ki, 33 yaşlı futbolçu Çempionlar Liqasında 100-cü dəfə forma şansı əldə edib. Bu göstəriciyə görə ilk pillədə “Barselona”nın yarımmüdafiəçisi Xavi Hernandes qərarlaşır. O, 146 dəfə qitənin ən möhtəbər klub turnirində mübarizə aparıb.

 

Qeyd edək ki, Alonso bu oyunları 4 komandanın heyətində keçirib. O, “Real Sosyedad”da 8, Madrid “Real”ında 47, “Liverpul”da 39 və “Bavariya”da 6 qarşılaşmada forma geyinib.