Xames Rodriqes “Monako”da qaldı
06.07.2014 - 11:59
Xames Rodriqes “Monako”da qaldı

 

Dünya çempionatının əsas sürprizlərindən sayılan kolumbiyalı yarımmüdafiəçi Xames Rodriqes “Monako”nu tərk etməyəcək. Apasport.az saytının məlumatına görə, futbolçu bu mövsüm klubunu dəyişməyə hazırlaşmır.

 

Qeyd edək ki, Rodriqeslə “Real Madrid” maraqlanır. Madrid klubu argentinalı Anxel di Mariannı dəyişmək niyyətindədir.

 

Xames dünya çempionatında 5 oyunda 6 qol vurub. O, bu göstərici ilə bombardirlər siyahısına başçılıq edir.