Xames Rodriqes “Real”a keçməyə yaxındır
13.07.2014 - 18:11
Xames Rodriqes “Real”a keçməyə yaxındır

Kolumbiyalı yarımmüdafiəçi Xames Rodriqes “Real Madrid”ə keçməyə yaxındır. Apasport.az saytının məlumatına görə, kral klubunun prezidenti FLorentino Peres Xamesin “Real”ın tərkibində oynamaq üçün doğulduğunu bəyan edib.

 

Hələ mundialdan əvvəl “Real”ın və “Monako”nun nümayəndələri 23 yaşlı futbolçunun transferini müzakirə etmək üçün görüşüblər. O zaman transfer məbləğinin 75 milyon avro olduğu bildirilirdi. Kolumbiyalı futbolçunun çempionatda uğurlu çıxışından sonra “Monako” Xames üçün 115 milyon tələb edib. İndi tərəflərin 85 milyon avro üzərində dayandıqları bildirilir.

 

Xames Rodriqes özü “Real”a keçmək istəyir.